Aysunu toydan qovmaq istədilər- TOLİK
Ajans.az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) “Tarixin bir günü” verilişində sənətçi Aysun İsmayılovanın məclislərdən birində qarşılaşdığı xoşagəlməz hadisədən danışıb.
O bildirib ki, Aysun o gün bir məclisə gedib və illərdir sənətdə olan bir şəxs ona “Səni təqdim etmirəm, elə etmə ki, səni bu toydan qovum. Həmin adamı çox istəyirəm, ailəsinə və özünə hörmətim var. Ancaq mən Aysunla işləsəydim, kimin hünəri vardı ki, ona nəsə desin?” deyə tənqid edib.
Aparıcı əlavə edib ki, Aysunun böyük sənəti olmasa da, estrada müğənnisidir və atasız bir övlad böyüdür:
“Bəs rəhm, Allah? Biz niyə belə edirik ki?” – deyə o, efirdə çıxışında bildirib.
View this post on Instagram