Rusiyada terror TƏHLÜKƏSİ! - İki miqrant...
FSB Nijni Novqorod vilayətində neft-kimya zavodunda terror aktının qarşısını alıb.
Ajans.az xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
FSB-nin məlumatına görə, təxribatın əldəqayırma partlayıcı qurğuları olan FPV dronlarından istifadə etməklə həyata keçirilməsi planlaşdırılırdı. Müəssisəyə hücumu Ukrayna xüsusi xidmət orqanlarının kuratorunun göstərişi ilə Mərkəzi Asiyadan olan iki miqrant hazırlayıb.
Hər ikisi beynəlxalq terror təşkilatı ideologiyasının tərəfdarları olub. Hər ikisi silahlı müqavimət göstərib. Amma onların ikisi də Rusiya hüquq-mühafizə orqanları tərəfindən məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: