Reklam resmi
Reklam resmi

Pekində güclü YANĞIN

Pekində güclü YANĞIN
Dünya

Pekinin şimal-şərqindəki Şunyi rayonunda Çaobay çayı üzərindəki körpü aprelin 23-də səhər saatlarında baş verən yanğından sonra uçub.

Ajans.az xəbər verir ki, bu barədə Pekin Bələdiyyə Nəqliyyat Komissiyası məlumat yayıb.

Nəqliyyatın hərəkəti üçün bağlanan körpünün uçması nəticəsində ölən və yaralanan olmadığı bildirilir. Körpüyə giriş hər iki istiqamətdə bağlanıb.

Hadisə şahidi Çin Milli Radiosuna deyib ki, o, körpünün yaxınlığında balıq tutarkən işıqlar qəfil sönüb. 40 dəqiqədən sonra körpünün altından boz tüstü qalxmağa başlayıb. Bundan sonra hadisə şahidi yanğın barədə təcili yardım xidmətinə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Pekin Yanğın Körpü

Digər Xəbərlər