Reklam resmi
Reklam resmi

Azərbaycana yeni radarlar gətirilir? – Telefonu, kəməri çəkəcək!

Azərbaycana yeni radarlar gətirilir? – Telefonu, kəməri çəkəcək!
Cəmiyyət

Türkiyədə süni intellektlə dəstəklənən yeni nəsil radar sistemi istifadəyə verilib.

Bu qurğu qırmızı işıqda keçid, təhlükəsizlik kəmərindən istifadə etməmək, sükan arxasında telefonla danışmaq kimi qayda pozuntularını avtomatik şəkildə qeydə almaq imkanına malikdir.

Sual yaranır: bu texnologiya Azərbaycanda da tətbiq oluna bilərmi? Nəqliyyat infrastrukturumuz bu tip sistemləri qəbul etməyə nə dərəcədə hazırdır və belə bir yeniliyin tətbiqi sürücülərin davranışına real təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Ajans.az-a bildirilib ki, bu barədə əvvəlcədən dəqiq fikir bildirmək çətindir:

“Qeyd etmək lazımdır ki, radarlar yalnız paytaxtda deyil, eyni zamanda bir neçə rayon ərazisində də quraşdırılır.”

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov isə hesab edir ki, paytaxtın yolları texnoloji avadanlıqlarla kifayət qədər təchiz olunub:

“Bakı şəhərinin daxili yolları o qədər texnoloji avadanlıqlarla təchiz olunub ki, demək olar, dünyada heç bir şəhərdə bu qədər kamera və müşahidə sistemi yoxdur. Bu cür yeniliklərin Azərbaycanda tətbiq olunması ehtimalı yüksəkdir, çünki yeni texnologiyalar tez-tez ölkədə də sınaqdan keçirilir. Lakin süni intellektlə dəstəklənən radar sistemlərinin maliyyə baxımından səmərəli olub-olmaması sual altındadır.

Bu qurğuların işləməsi üçün elektrik enerjisi tələb olunur. Magistral yollarda panel enerjisi ilə işləyən qurğuların tətbiqi buna nümunədir. Eyni zamanda, bu sistemlərə xeyli vəsait sərf olunub. Əgər iqtisadi baxımdan uyğun hesab edilərsə, bu tip radar sistemləri Azərbaycanda da tətbiq oluna bilər.”

author picture
Ajans muxbir
Mövzular:
RADAR YOL İLQAR HÜSEYNOV

Digər Xəbərlər