Reklam resmi
Reklam resmi

Pulunu yığdı, izsiz yoxa çıxdı – Gözəllik mərkəzində böyük XAOS!

Pulunu yığdı, izsiz yoxa çıxdı – Gözəllik mərkəzində böyük XAOS!
Dünya

Adananın Seyhan rayonunda yerləşən gözəllik mərkəzinin sahibi S.Ç.D.-nin müştərilərdən böyük məbləğlər alaraq xidmət paketləri satdığı, işçilərə isə 5 aydır maaş ödəmədiyi iddia olunur.

Ajans.az xəbər verir ki, bank və kooperativlərdən kredit götürərək borc içində ölkəni tərk etdiyi deyilən sahibkar, sosial media hesablarını da bağlayıb.

Xəbəri alan işçilər səhər saatlarında mərkəzə gələrək kompüter, cihaz, masa, stul və digər əşyaları özləri ilə aparıblar. Hadisəni çəkən jurnalistlərə isə bəzi qadın işçilər hücum edib. Polis müdaxiləsindən sonra ərazi sakitləşdirilib.

Zərərçəkən müştərilər və işçilər sahibkar barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər. Onlar itirdikləri pulları az da olsa geri almaq ümidi ilə mərkəzdən əşyalar götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Türkiyə Salon Fırıldaq

Digər Xəbərlər