Britaniyadan Rusiyaya ÇAĞIRIŞ
Rusiya Ukraynada dərhal, tam və qeyd-şərtsiz atəşkəsə razı olmalıdır.
Ajans.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib
ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoffla Ukrayna üzrə danışıqlarda iştirak edən Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Parisdə keçirilən silsilə görüşlərin təfərrüatlarını açıqlamayıb. Eyni zamanda, o, danışıqların "qlobal təhlükəsizliyə ortaq öhdəliyi vurğuladığını" söyləyib.
"Qeyri-sabit dünyada birlik bizim gücümüzdür. Biz Ukraynada davamlı sülhü təmin etmək üçün müttəfiqlərimizlə çox çalışırıq. Rusiya Ukraynanın etdiyi kimi dərhal, tam və qeyd-şərtsiz atəşkəslə razılaşmalıdır", - nazir deyib.
Aprelin 17-də Parisdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Avropa və Ukraynanın diqqətini Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlməsini gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.