Reklam resmi
Reklam resmi

Rəhbər olduqları qurumun işindən anlayışları yoxdur - Partiya sədri TƏNQİD ETDİ

Rəhbər olduqları qurumun işindən anlayışları yoxdur - Partiya sədri TƏNQİD ETDİ
Cəmiyyət

"Qarla, yağışla bağlı problemlərin yaranmasının səbəbi iş bilən insanların, mütəxəssislərin öz yerində olmamasıdır".

Bunu Ajans.az-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib. Onun sözlərinə görə, müvafiq qurumların başında duran insanların da rəhbərlik etdikləri qurumların işindən məlumatı yoxdur:

"Artıq 21-ci əsrdir, şəhərsalma mədəniyyəti, şəhər idarəetmə mədəniyyəti var, yəni bunun artıq texnologiyaları var. Öz ehtimallarınla, öz fikirlərinlə iş görmək artıq geridə qalıb, indi bu işlərə elmi yanaşmalar var, böyük şəhərlərin idarə edilməsində bunlardan istifadə edilir, yazılı qaydalar var. Amma bizdə təyinat alan insanlara baxsaq görərik ki, onların bu sahəyə aidiyyatı yoxdur. Xüsusən mütəxəssislik tələb edən sahələrdə rəhbər insanların o sahədən anlayışı yoxdur. Ona görə də bizdə adətən yağışda, qarda problemlər çıxır.

Səbəb peşəkarlığın olmaması, mütəxəssislərin azlığıdır. Ona görə də dövlət kadr yetişdirməlidir. Yoxsa bacıoğlu, xalaoğlu vəzifəyə gətiriləndə təbii ki, inkişaf olmaz. Güman edirəm ki, artıq yavaş-yavaş bu məsələlər həll olunar və paytaxt insanları da dincələr".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
Tural Abbaslı yagis leysan Bakı hadise

Digər Xəbərlər