Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Ajans.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:
Dövlət Komissiyasının sədri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Dövlət Komissiyasının üzvləri Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti PAŞA Holdinqin Baş icraçı direktoru NEQSOL Holdinqin Baş icraçı direktoru Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılmalı və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.