Reklam resmi
Reklam resmi

Estoniya prezidenti rusların seçkilərdə səs verməsini qadağan edən qanunu TƏSDİQLƏDİ

Estoniya prezidenti rusların seçkilərdə səs verməsini qadağan edən qanunu TƏSDİQLƏDİ
Dünya

Estoniya prezidenti Alar Karis Konstitusiyaya respublikada daimi yaşayan Rusiya və Belarus vətəndaşlarının yerli seçkilərdə iştirakını istisna edən düzəlişləri imzalayıb.

Ajans.az xəbər verir ki, martın 26-da parlamentin təxirəsalınmaz əsaslarla qəbul etdiyi müvafiq qanun dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minib.

Prezident Aparatı vurğulayıb ki, yeni müddəalara əsasən, oktyabrın 19-da keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərdə yalnız Estoniya və Aİ ölkələrinin vətəndaşları səsvermə hüququnu saxlayacaqlar.

Karis belə bir qərarın guya qanuna tam uyğun olduğunu vurğulayıb, lakin buna “kimsəni ictimai həyatdan kənarlaşdırmaq və ya hər kəsdə təhlükə görmək” istəyi kimi qiymətləndirilməməyə çağırıb.

Vətəndaşlığı olmayan şəxslər üçün bu seçkilər onların səs verə biləcəkləri sonuncu seçki olacaq - növbəti seçki kampaniyalarından başlayaraq bu hüquq ləğv ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər