Reklam resmi
Reklam resmi

Gözəllik müsabiqəsinin qalibi zəlzələdə öldü

Gözəllik müsabiqəsinin qalibi zəlzələdə öldü
Gündəm

Gözəllik müsabiqəsinin qalibi Sali Mi Myanmada zəlzələdə dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, xilasedicilər Mandalay şəhərində uçmuş 12 mərtəbəli "Sky Villa" binasının dağıntıları altından 28 yaşlı qadının cəsədini tapıblar. Məlumata görə, Sali Mi uşağı xilas etməyə çalışıb.

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ dağıntılara səbəb olub. Təbii fəlakət İrravadi çayı üzərindəki körpünün uçmasına və Mandalaydakı tarixi sarayın qismən dağılmasına səbəb olub. Zəlzələ zamanı üç mindən çox insan ölüb.

Digər Xəbərlər