Teatrda aktyorlar arasında dava buna görə olub - AÇIQLAMA
Akademik Milli Dram Teatrında baş verən qalmaqalın təfərrüatı məlum olub.
Bu barədə Ajans.az-a teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib. Belə ki, teatrın Bədii şurasının aprelin 4-də keçirilən iclasında iki aktyor arasında müəyyən gərginlik yaranıb:
"Onlar tamaşanın afişası, rejissorun əsərə yanaşması və aktyor oyunu ilə bağlı mübahisə ediblər. Hesab edirik ki, səhnə sənəti, tamaşa kollektiv əməyin məhsuludur və burada fərqli estetik baxışların eyni nöqtəyə gəlməməsi başadüşüləndir. Hazırda teatrda yaradıcı proses öz axarı ilə davam edir. Kollektiv tərəfindən üç yeni səhnə əsəri üzərində eyni anda məşq aparılır".
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.