Reklam resmi
Reklam resmi

Daşkəsəndə həkimi bıçaqlayan şəxs sərxoş imiş - RƏSMİ

Daşkəsəndə həkimi bıçaqlayan şəxs sərxoş imiş - RƏSMİ
Hadisə

Daşkəsəndə Təcili Tibbi Yardımla gələn həkimi bıçaqlayan şəxs sərxoş olub.

Bu barədə Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Həmçinin məlum olub ki, o, çağırışı edərkən əlaqə nömrəsini də yanlış təqdim edib. 

"06 aprel 2025-ci il tarixində saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən bir şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib.

Ünvanda sərxoş vəziyyətdə olan şəxs (kişi cinsli) heç bir əsas olmadan feldşerə bıçaqla xəsarət yetirib. Feldşerə yerində ilkin tibbi yardım göstərilib.  

Baş vermiş insidentlə bağlı məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub və faktla bağlı araşdırma aparılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər