Makron Ərdoğanı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, Makron həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
O, Ramazan bayramının bütün islam dünyası üçün uğurlu olmasını arzulayıb.