Reklam resmi
Reklam resmi

Avstriya XİN Kiyevə səfər ETDİ

Avstriya XİN Kiyevə səfər ETDİ
Dünya

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Beate Meinl-Reisinger Kiyevə səfərə gəlib.

Ajans.az xəbər verir ki, bu barədə “Biz Ukraynayıq” telekanalı məlumat yayıb.

“Meinl-Reisinger Kiyevə səfərə gəlib. Bu barədə Ukraynanın Avstriyadakı səfiri Vasil Xyminets məlumat verib”, - məlumatda deyilir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə Avstriya Federal Kansleri Kristian Ştokerlə görüşüb və onu bu yaxınlarda inauqurasiyası münasibətilə təbrik edib.

Siyasətçilər humanitar minatəmizləmə sahəsində yardımın davam etdirilməsi, Ukraynanın enerji infrastrukturunun bərpası, məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisi, həmçinin “Ukraynadan ərzaq” təşəbbüsünə dəstək məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Avstriya Avstriya XİN Kiyev Səfər

Digər Xəbərlər