Odessada silsilə partlayışlar BAŞ VERDİ
Odessada silsilə partlayışlar nəticəsində yanacaq çənində yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının (ORMA) rəhbəri Oleq Kiper çərşənbə axşamı, martın 11-də yanğın barədə məlumat verib.
“Hücum nəticəsində yanacaq çənində yanğın baş verib”, - deyə region rəhbəri öz Telegram kanalında yazıb.
Ukrayna mətbuatı yanğın yerinə çoxlu sayda yanğınsöndürən göndərildiyini, lakin onların hələ də yanğını söndürə bilmədiklərini yazıb.
Mövzular: