Reklam resmi
Reklam resmi

Rusiyada yanğın BAŞ VERDİ

Rusiyada yanğın BAŞ VERDİ
Dünya

“Rostov-na-Donu”da maşınqayırma zavodunun ərazisində partlayış baş verib.

Ajans.az xəbər verir ki, Rusiya şəhərinin sənaye zonasında baş verən insidentlə bağlı Baş Rostov adlı Teleqram kanalı məlumat yayıb.

Müəssisənin şəhərin qərb yaşayış massivində yerləşdiyi bildirilir. Hadisə yerində qara tüstü kölgələri görünür. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər gəlib. "Don Mash" Teleqram kanalı partlayışın və yanğının metal-plastik pəncərələrin istehsalı sexində baş verdiyinə aydınlıq gətirib.

Hadisənin baş vermə şəraiti və səbəbləri hələlik məlum deyil. Ölənlər barədə də məlumat verilməyib.

Mövzular:
rusiya yanğın

Digər Xəbərlər