Reklam resmi
Reklam resmi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu
Dünya

Altay Respublikasının Koş-Ağaç rayonunda zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seysmik hadisənin maqnitudası 3 bal olub.

Zəlzələlər barədə məlumat çərşənbə axşamı, fevralın 18-də daxil olub. Zəlzələ Beltir kəndindən 4,3 kilometr cənubda baş verib. Seysmik hadisə zonasının uzunluğu 50 kilometr olub və doqquz yaşayış məntəqəsini əhatə edib: Beltir, Qoş-Ağaç, Çağan-Uzun, Ortolık, Kuray, Tobelər, Telengit-Sortoqoy, Novı Beltir, Muxor-Tarxata.

Agentliyin məlumatına görə, yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Zəlzələ zamanı xəsarət alan olmayıb.

Qeyd olunur ki, zəlzələ son vaxtlar Altay üçün ikinci zəlzələ olub. Bundan əvvəl isə fevralın 15-də qeydə alınıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Zəlzələ

Digər Xəbərlər