Reklam resmi
Reklam resmi

Çin Aya robotlar GÖNDƏRƏCƏK

Çin Aya robotlar GÖNDƏRƏCƏK
Dünya

Çinin özəl STAR.VISION Aerospace şirkəti ilk dəfə olaraq Aya robotlar göndərəcək.

Ajans.az xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.

STAR.VISION Aerospace süni intellektdən istifadə etməklə peyk dizaynı, intellektual peyk sistemləri və məlumatların təhlili üzrə ixtisaslaşmışdır. Şirkət Zhejiang Universiteti (Çin) və Orta Doğu Texniki Universiteti (Türkiyə) ilə birlikdə Ayın səthini araşdırmaq üçün nəzərdə tutulmuş 5 kiloqramlıq bir cüt robot yaratmağı planlaşdırır.

Layihə Çinin 2028-ci ildə başlaması planlaşdırılan Chang'e-8 Ay missiyasının bir hissəsi olmalıdır. Bundan əvvəl Çin özəl şirkətləri hökumətin Ay proqramlarında birbaşa iştirak etmirdi.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çin Ay Robot

Digər Xəbərlər