Reklam resmi
Reklam resmi

Tramp onu MÜKAFATLANDIRDI

Tramp onu MÜKAFATLANDIRDI
Dünya

ABŞ prezidenti Donald Tramp ötən il Pensilvaniyada keçirilən mitinq zamanı sui-qəsd cəhdindən sağ çıxmasında mühüm rol oynayan Məxfi Xidmət Mühafizə Qrupunun rəhbəri Şon Kurranı ABŞ Gizli Xidmətinin direktoru təyin edib.

Ajans.az xəbər verir ki, Tramp açıqlamasında Kurranın cəsarətini və bacarığını yüksək qiymətləndirib.

Tramp yeni təyinatla bağlı “Truth” sosial media platformasında açıqlama verib.

“Mən onun Məxfi Xidməti həmişəkindən daha güclü edəcəyinə tam əminəm”, - deyə, Tramp bildirib. Digər departament və hökumət vəzifələrindən fərqli olaraq, Gizli Xidmətin direktoru Senatın təsdiqini tələb etmir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Pensilvaniya Mükafat ABŞ Mühafizə

Digər Xəbərlər