“Neftçi” səfərdə “Zirə”ni məğlub edib

Bu gün Misli Premyer Liqasında XXII turun növbəti oyunları keçirilib.
Ajans.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ikinci oyununda “Neftçi” “Zirə”nin qonağı olub.
Gərgin keçən qarşılaşmanın ilk hissəsində qol səsi çıxmayıb.
Görüşün 88-ci dəqiqəsində qonaqların heyətində Emin Mahmudov hesabı açıb. Lakin "Neftçi"nin sevinci çox çəkməyib. Ev sahibləri 2 dəqiqə sonra hesabı 1:1 ediblər. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə "Neftçi" hesabı 2:1 edərək, fantastik qələbəyə imza atıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş saat 19:00-da start götürüb.