"Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
Gündəm
11-02-2025 - 19:38
Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Ajans.az xəbər verir ki,“Neftçi Arena”da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.
Bletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.
Oxşar xəbərlər
Saytlara girişlə bağlı yaranmış nasazlığın səbəbi MƏLUM OLDU - Növbəti AÇIQLAMA
Gündəm22:30 / 18-11-25
Cloudflare: Saytlara girişlə bağlı yaranmış texniki nasazlıq ARADAN QALDIRILDI
Gündəm19:11 / 18-11-25