Nazirlik vəfat edən kursantla bağlı məlumat yaydı

Nazirlik vəfat edən kursantla bağlı
Müdafiə Nazirliyi
Gündəm 26-02-2025 - 18:24

Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına başsağlığı verib.

PAYLAŞ: