Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırdı

Naxçıvanda daha bir federasiya fəaliyyətini
federasiya
İdman 05-03-2025 - 10:46

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.

Ajans.az xəbər verir ki, federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdi.

Qeyd edək ki, Naxçıvanda daha əvvəl bir neçə federasiya fəaliyyətini dayandırıb.

PAYLAŞ: