Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq öldü

Naftalanda qadın dəm qazından boğularaq ölüb.
Ajans.az xəbər verir ki, hadisə Naftalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüldü Bahar Behbudovanın yaşadığı evdən meyiti tapılıb.
35 yaşlı qadının dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.