Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı
Hadisə 09-01-2025 - 18:47

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən bildirilib.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.

PAYLAŞ: