"Mono Liza" ayrıca otağa yerləşdiriləcək
Məşhur italiyalı rəssam Leonardo da Vinçinin “Cokonda” (“Mona Liza”) tablosu Luvrda ayrıca otaqda yerləşdiriləcək.
Ajans.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron muzeydə çıxışı zamanı bildirib.
“Mona Liza”nın Luvrda öz ayrıca otağı olacaq. Bu otağa giriş üçün ayrıca bilet nəzərdə tutulacaq”, - Makron bildirib.
Prezident əlavə edib ki, yeni qərar ziyarətçilərin sayının azaldılmasını nəzərdə tutur.