MMA tarixinin ən gözəl qadın döyüşçüsü SEÇİLDİ
MMA dünyasında yalnız güc və texnika deyil, eyni zamanda cazibədarlıq da diqqət mərkəzindədir. Bu baxımdan Polşa əsilli döyüşçü Fagata (Agata Fąk) yalnız rinqdə deyil, həm də sosial mediada fenomen halına gəlib.
Ajans.az xəbər verir ki, o, milyonlarla insanın diqqətini yalnız döyüş qabiliyyəti ilə deyil, gözəlliyi ilə də çəkir.
Fagata MMA dünyasında adını sosial media və reallıq şoularından sonra tanıdıb. Gənc yaşlarında döyüş sənətlərinə maraq göstərən Fagata, son illərdə həm də məşhur influencer kimi çıxış edir. Onun gücü, sürəti və texnikası ilə yanaşı, parlaq xarizması da pərəstişkarlarının diqqətini çəkir.
Fagata sosial şəbəkələrdə milyonlarla izləyiciyə sahibdir. Onun paylaşımları yalnız idman karyerasını deyil, həm də gündəlik həyatını, motivasiyaedici mesajlarını və gözəllik sirrlərini əks etdirir.
O, rinqdə olduğu qədər kameralar qarşısında da peşəkardır. Moda çəkilişləri və kampaniyalarda iştirak edən Fagata, MMA idmanının ən məşhur simalarından biridir.
Fagata, həm döyüş dünyasında, həm də gözəllik aləmində öz yerini möhkəmləndirərək, MMA tarixinin ən unudulmaz qadın fiqurlarından biri olmağa davam edir.