Misirdə yaşayış binası çökdü - Ölənlər var

Hadisə
17-02-2025 - 13:53
Misirin paytaxtı Qahirədə binanın çökməsi nəticəsində azı 10 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.
Məlumata görə, binanın çökməsinə qaz balonunun partlaması səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.