Mingəçevirdə bədbəxt hadisə - Ölən var

Mingəçevirdə bədbəxt hadisə -
Gündəm 01-01-2025 - 23:13

Hündürlükdən yıxılan 52 yaşlı kişi xəstəxanada ölüb.

Ajans.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Baxışov İlqar Amil oğlu usta kimi çalışdığı obyektdə hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya aparılan 52 yaşlı kişini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: