"Milton"dan sonra Avropa da BÖYÜK TƏHLÜKƏDƏ!
Qərbi Avropada yeni fırtına baş verib.
Ajans.az xəbər verir ki, fırtınaya “Kirk” adı verilib. Fırtına artıq İspaniya və Portuqaliyaya dağıntı dalğası gətirib. Çərşənbə axşamından çərşənbə gününə keçən gecə Portuqaliyanın Milli Fövqəladə Halların İdarə Edilməsi və Mülki Müdafiə Agentliyi güclü küləklərin səbəb olduğu 1300 hadisəni qeydə alıb. Hadisələrin əksəriyyəti küləklə bağlı olub.
Ölkənin şimalındakı Porto şəhəri ən çox zərər çəkib, qasırğa küləyi nəticəsində 400 ağacı kökündən qırılıb. Barselosda pis hava şəraiti vaqonların sıradan çıxmasına və qatarların hərəkətini dayandırmasına səbəb olub. Fırtına geniş yayıldığı üçün 300 min ev işıqsız qalıb. Tufan dalğaları 7 metrə çata bilər.
İspaniyanın meteoroloji xidmətləri ölkənin şimal və şimal-qərbində narıncı həyəcan səviyyəsi elan edib. Asturiya əyalətində küləyin sürəti saatda 140 kilometrə çatır. Qalisiyada sel və yıxılan ağaclar bir neçə yolu bağlayıb.