Millimiz bu ilin ilk sınağına çıxır

Millimiz bu ilin ilk sınağına çıxır
İdman 22-03-2025 - 09:25

Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununa çıxacaq. 

Ajans.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək. 

Saat 21:45-də start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırda Haiti millisi FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Millimiz növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Yoxlama oyunu

22 mart

21:45. Azərbaycan - Haiti

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

PAYLAŞ: