Meymun Şri Lankanı qaranlığa qərq etdi

Gündəm
09-02-2025 - 22:25
Şri-Lankada meymuna görə elektrik enerjisinin verilişi dayanıb.
Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Qeyd olunur ki, bütün adada elektrik enerjisi kəsilib. Energetika naziri Kumar Cayakodi artıq təqsirkarın adını açıqlayıb. Onun sözlərinə görə, fövqəladə vəziyyətin səbəbkarı meymun olub.
Bildirilir ki, o, elektrik transformatoruna daxil olub, nəticədə sistemdə disbalans yaranıb.
Energetiklər bir neçə saat ərzində elektrik enerjisini bərpa etməyi planlaşdırırlar. Hazırda ölkədəki tibb və sənaye müəssisələrində generatorlardan istifadə edilir.
Oxşar xəbərlər
Dələduzluqda ittiham olunan Elman Paşayevdən XƏBƏR VAR - Yeni detallar ORTAYA ÇIXDI
Gündəm18:53 / 09-10-24