Məşhur idmançıdan ACI XƏBƏR: Ayaqları iflic OLUB

Məşhur idmançıdan ACI XƏBƏR:
Emelianenko
İdman 05-03-2025 - 14:39

Rusiyalı qarışıq döyüş ustası (MMA) Aleksandr Emelianenko səhhətindəki problemlərdən danışıb.

Ajans.az xəbər verir ki, tanınmış idmançı bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Mənim fəqərəarası disklərim qopdu, yırtıq çıxıb onurğa beynimi tamamilə sıxdı, ayaqlarımın fəaliyyətini itirdim. Həkimlə danışdım və dedi ki, əməliyyatdan sonra sağalmağım 10 ay çəkəcək”, - Emelianenko bildirib.

O qeyd edib ki, bu müddət ərzində ona çıxış etmək və məşq etmək qadağan olunacaq, ona görə də bloger Artem Tarasovla martın 29-da baş tutmalı olan revanşı ləğv etməli olacaq.

Ötən ilin dekabrında Emelianenko İnquşetiyada keçirilən Milli Döyüş Liqası turnirində həmyerlisi Aleksey Qonçarovu məğlub edib. Bu döyüş onun 2023-cü ilin mayından bəri ilk döyüşü olub. Ümumilikdə, 43 yaşlı Emelianenkonun hesabında 41 MMA döyüşü var, o, 30-da qalib gəlib, 10-da məğlub olub. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: