MDB Hökumət Başçıları Şurasının növbəti iclasının vaxtı açıqlandı
Dekabrın 12-də Moskvada MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın MDB yanında daimi nümayəndəsi Andrey Qrozov jurnalistlərə bildirib.
O, toplantının gündəliyi barədə açıqlama verməyib.