Masazırda qəza oldu - Qaz kəsildi

Masazırda qəza oldu -
Qaz
Hadisə 26-02-2025 - 17:28

Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.

PAYLAŞ: