Masallıda zəhərləndiyi deyilən qadın meningitdən ölübmüş

Masallıda zəhərləndiyi deyilən qadın meningitdən
TƏBİB
Hadisə 11-01-2025 - 13:47

Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə Ajans.az-a TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.

    PAYLAŞ: