“Mançester Yunayted” Erik ten Haqı göndərdi

“Mançester Yunayted” Erik ten Haqı
İdman 28-10-2024 - 19:37

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Erik ten Haqı istefaya göndərib. 

Ajans.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssislə uğursuz nəticələrə görə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin iyul ayında “Mançester Yunayted”in baş məşqçisi təyin olunmuşdu. “Qırmızı şeytanlar” Premyer Liqada 9 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

PAYLAŞ: