Maket olduğu ortaya çıxan balinanın SİRRİ nədir? - DETALLAR
Xəbər verdiyimiz kimi, Xəzər dənizində tapıldığı iddia edilən balinanın maket olması müəyyənləşib.
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bir neçə gün bundan əvvəl yayılan görüntülər artıq sübut olunub.
“Bizim düşündüyümüz şeylərdən biri o idi ki, bu ancaq maket ola bilər. Çünki Xəzər dənizində o böyüklükdə, o şəraitdə həmin canlı ola bilməz. Çünki Xəzər dənizi qapalı hövzədir. Mümkün deyil ki, o boyda canlı ora daxil olsun. Bunun səbəbini belə izah edə bilərəm ki, 15,20 il bundan əvvəldən bəri biraz çaxnaşma olan kimi belə şeylərdən istifadə olunur. Belə şeylər təcrübədə var. İslandiyada Loxnit gölü var. Təxminən 15, 20 il bundan əvvəl nəhəng bir dinozavrun sudan çıxması şəklini qoydular.
Elə bilinsin ki, dinazavrlar dövrüdür. Bunu qoydular və bu görüntü böyük sensasiya oldu. Kifayət qədər insanları bu istiqamətə yönəltdilər. Və bu problem yaşandı. Yaxşı nəticə ala bildilər. Deməyim odur ki, belə bir təcrübə tarixdə var. Bizdə də yəqin ki, belə bir şeyi siyasi fakturada olan bəzi problemləri sakitləşdirmək üçün istifadə ediblər. Hətta bugünə səhv etmirəmsə, mitinq də təşkil etmişdilər. Mən ilk gündən demişdim ki, bu yəqin ki, 99 faiz maketdir. Bu mümkün olan bir şey deyil. Çünki bu canlının başı ilə bədəni uyğun gəlmir. Bəziləri deyir ki, bu beluqanın bir variantıdır. Amma hər halda bir daha sübut olundu ki, bu həqiqətən də, maketdir.