Mağazadan oğurluq edən şəxs saxlanıldı

Hadisə
23-01-2025 - 08:30
Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 800 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.