Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa edib

Siyasət
10-02-2025 - 10:20
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bir müddət əvvəl öz binasında fəaliyyətini bərpa edib.
Bu barədə Ajans.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.
Mövzular:
Oxşar xəbərlər
"İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Təxribatçı mövqelə... AÇIQLAMA
Siyasət14:02 / 29-04-25