Los-Ancelesdə yeni təbii fəlakət - Video

Los-Ancelesdə yeni
Gündəm 14-02-2025 - 23:53

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles əyalətinin bəzi yerlərində daşqın nəticəsində suyun səviyyəsi 120 santimetrə qədər yüksəlib.

Ajans.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri yazıb.

Məlumata görə, əyalətin bəzi hissələri leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri ilə əhatə olunub. Leysan yağışları nəticəsində avtomobillərə, evlərə ciddi ziyan dəyib.

Artıq şəhərin mərkəzində, eləcə də Malibu, San Fernando Vadisi, San Qabriel Vadisi, Vestsayd, Altadena, Şərqi Los-Anceles, Vittier və San Qabriel dağlarının bəzi ərazilərinə də ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, Los-Ancelesdə yanvarın 7-də başlayan yanğınlar nəticəsində dəyən ziyan yüz milyardlarla dollar dəyərində qiymətləndirilir.

PAYLAŞ: