Leyla Əliyeva autizmli uşaqların işlətdiyi kafedən paylaşım edib
Leyla Əliyeva autizmli uşaqların mütəxəssislərin yönləndirilməsi ilə işlətdiyi "Kaşalata" kafedə olub.
Ajans.az xəbər verir ki, "Kaşalata" Bakıda əlilliyi olan şəxslərin çalışdığı, "Birgə və Sağlam" İB-nin təşəbbüsü ilə təsis edilən ilk inklüziv kafedir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kafedəki şəraitlə tanış olub və autizmli uşaqların hazırladığı təamlardan dadıb. O, bu görüntülərini rəsmi instaqram səhifəsində paylaşıb. Həmin videonu təqdim edirik:
View this post on Instagram