Lənkəranda Təcili Yardım maşını qəzaya uğrayıb, yaralılar var
Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara avtomagistralında, yolun Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.
Qəzada, avtomobildə olan xəstə və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Xəstə Ağabacı Əhmədova isə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, "Hundai Tucson" markalı avtomobilin sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.