Kreml Ukrayna üzrə danışıqlara bu tarixdə BAŞLAYACAQ
Rusiya tərəfi dəfələrlə Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib. Lakin hazırda münaqişənin sülh yolu ilə həllinə Kiyevin mövqeyi mane olur.
Ajans.az xəbər verir ki, bu sözləri Kreml rəsmisi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Əsas məsələ belə bir sülh prosesinin trayektoriyasına daxil olmaqdır. Hələlik bu trayektoriya Kiyev rejiminin mövqeyinə, görə hiss olunmayıb”, - deyə prezidentin mətbuat katibi izah edib.
Bununla bağlı Peskov Ukraynada bir sıra dövlətlərin sülhməramlı səylərini qeyd edib. O xatırladıb ki, Slovakiya Ukrayna ilə bağlı danışıqlar üçün öz ərazisini təklif edən yeganə ölkədən uzaqdır. Eyni zamanda Kreml nümayəndəsi etiraf edib ki, bu görüş neytral mövqe tutan ölkədə baş tuta bilər.
Həmçinin o bildirib ki, dövlət başçısı Vladimir Putin yanvarın ilk günlərində Ukrayna böhranının həlli üçün hər hansı təmaslar keçirməyi planlaşdırmır.
Daha əvvəl Vladimir Putin bildirib ki, Rusiya Ukraynada sülh prosesinə başlamağa hazırdır. “Siyasət kompromis sənətidir”, amma qarşı tərəfin özü danışıqları istəmir, prezident izah edib.