Kral ailəsi yeni mülk aldı - SƏBƏB

Kral ailəsi yeni mülk aldı -
Maraqlı 17-10-2024 - 20:12

Şahzadə Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl Portuqaliyada ev alıb.

Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Sasseks hersoqu və hersoginyası Britaniya kralı III Çarlzın keçən ilin əvvəlində onları Vindzordakı Froqmor kottecindən qovmaq qərarına gəlməsindən sonra xarici ölkədə mülk əldə ediblər. Aydınlaşdırılır ki, ev almaq həm də cütlüyə Şengen ölkələrində məhdudiyyətsiz səyahət etmək imkanı verəcək. Lakin evin yeri dəqiqləşdirilməyib.

Hazırda Şahzadə Harri və Meqan Marklın əsas iqamətgahı Montecitoda yerləşən, təxminən 25,3 milyon dollar dəyərində olan Toskana tipli malikanədir. Burada yeddi yataq otağı, 14 vanna otağı, kitabxana, ev kinoteatrı, idman zalı və hovuz var.

Jurnalistlər onu da bildiriblər ki, Susseks hersoqu və hersoginyası Portuqaliyada daşınmaz əmlaka sahib olan yeganə kral ailəsinin üzvləri deyil. Şahzadə Yeucini və əri Cek Brooksbankın lüks KostaTerra Qolf və “Ocean Club” kompleksində evi var.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: