Kofein istehlakının bilinməyən faydaları: Hətta "Alzheimer" xəstəliyini belə...

2010-2015-ci illər arasında yüngül koqnitiv pozğunluğu olan və ya bu xəstəliklə bağlı diaqnozu olan xəstələrin məlumatları araşdırılır.
Ajans.az xəbər verir ki, bu barədə Fransa həkim və araşdırmaçıları statistika hazırlayıb. Araşdırmaya qatılan 70 yaşdan yuxarı 263 nəfərin kliniki qiymətləndirmələri aparılıb, qəhvə, şokolad, çay və qazlı içkilər kimi kofein tərkibli qidaların istehlak miqdarı araşdırılıb. Könüllülər həmçinin MRT müayinəsindən keçib, qan və onurğa beyni mayesi (CSF) nümunələri təqdim edib.
Gündə orta hesabla 200 milliqramdan bir qədər çox kofein qəbul edənlər “az” kofein qrupuna, daha çox kofein qəbul edənlər isə “yüksək” kofein qrupuna daxil edilib. Məlumatlar göstərib ki, daha az kofein istehlakı yaddaş problemləri ilə bağlı yüngül koqnitiv geriləmə riskini artırır. Aşağı kofeinli qrupda olanlarda “Alzheimer” və ya yüngül idrak pozğunluğu diaqnozu qoyulma riski təxminən 2,5 dəfə artıb.
CSF analizləri nəticəsində aşağı kofein istehlakçılarında müəyyən növ beta-amiloid zülallarında əhəmiyyətli fərqlər tapılıb. Aşağı kofein istehlak edənlərin beyində “Alzheimer” simptomları ilə əlaqəli olan beta-amiloid zülallarının daha çox yığılması müşahidə edilib.
Bu araşdırma kofein istehlakının “Alzheimer” simptomlarına təsirini tam başa düşmək üçün kifayət deyil, lakin kofeinin ümumi sağlamlığa müsbət təsirlərini dəstəkləyən tədqiqat qrupu ilə birlikdə nəzərdən keçirildikdə, səhər qəhvəniz və ya günorta şokoladlı qəlyanaltınız böyük təsir göstərə bilər.
Sözügedən araşdırma Alzheimer's & Dementia jurnalında dərc olunub.