Kişilərin qarşısında çıxış edən müğənni həbs edildi

Şou Biznes
04-03-2025 - 10:21
İranın paytaxtı Tehranda xanım müğənni kişilərin qarşısında çıxış edib. Bundan sonra o icazəsiz konsert təşkil etməkdə ittiham edilərək həbs edilib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Xivə Seyizadə fevralın 27-də paytaxt Tehrandakı Emarat Rooberoo məkanında konserti zamanı nəzarətə götürülüb.
Konserti təşkil edən qrup üzvləri də saxlanılıb. Lakin qısa zamanda onlar sərbəst buraxılıb. 27 yaşlı Xivə Seyizadə isə həbsdə qalıb.