Keçmiş məhkum avtomobildə ölü tapıldı - VİDEO

Hadisə
04-03-2025 - 10:18
Sumqayıt şəhərində avtomobildən meyit tapılıb.
Ajans.az Baku TV-yə istinadən xəbər verir ki, martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində “Mercedes” markalı 10 VF 250 dövlət qeydiyyat nişanlı avtomobildə kişi meyiti aşkarlanıb.
Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.