Keçmiş dostların görüşü qanla bitdi - Biri məzara, biri həbsə getdi
Krasnodar diyarında Abşeron rayon sakini tanışına qarşı zorakılıq törətdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, bu barədə oktyabrın 18-də Rusiya İstintaq Komitəsinin (BQK) regional idarəsi məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyi kimi, fevralın 2-də məhkum Kabardinskaya kəndində yaşayan dostunun yanına gəlib. Orada köhnə dostlar spirtli içki qəbul edib və söhbət əsnasında aralarında xırda məişət məsələsi ilə bağlı mübahisə yaranıb.
Tezliklə qarşıdurma davaya çevrilib. Bu zaman məhkum üstünlüyü ələ keçirərək rəqibinin başına və bədəninə çoxsaylı zərbələr vurub, sonra hadisə yerini tərk edib.