Diplomsuz Estetik Cərrahlarla bağlı Cinayət İşi Başlanıb
Diplomsuz estetik cərrahlarla bağlı cinayət işi başlanıb
Ajans.az xəbər verir ki,diplomsuz fəaliyyət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluğun birgə komissiya yaratdığı açıqlanıb. Məsələ ilə bağlı faktlar üzrə cinayət işi başlanılıb.
Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda istintaq prosesi davam edir.
“Problemin köklərini araşdırmaq və gələcəkdə bu cür halların qarşısını almaq üçün komissiya fəaliyyət göstərir. Görülən qabaqlayıcı tədbirlər çərçivəsində müvafiq tədbirlər planı hazırlanır və həyata keçiriləcək,” – deyə Kamran Əliyev qeyd edib.
Araşdırmalar davam edir və məsələnin ictimaiyyətə açıqlanacağı bildirilib.